![]()
ABŞ Müdafiə Nazirliyi Hərbi Dəniz Qüvvələri üçün altıncı nəsil F/A-XX qırıcı təyyarəsinin hazırlanması məqsədilə “Boeing” şirkəti ilə 20 milyard dollardan çox dəyərində müqavilə imzalayıb.
Pentaqonun məlumatına görə, müqavilə sınaqlar üçün bir neçə prototip təyyarənin hazırlanmasını nəzərdə tutur.
F/A-XX-nin gələcəkdə ABŞ Hərbi Dəniz Qüvvələrinin F/A-18E və F/A-18F Super Hornet, eləcə də EA-18G Growler təyyarələrini əvəz etməsi planlaşdırılır.
Müqavilə uğrunda “Northrop Grumman” şirkəti də mübarizə aparıb. Pentaqon ötən il ABŞ Hərbi Hava Qüvvələri üçün F-47 altıncı nəsil qırıcısının hazırlanmasını da “Boeing” şirkətinə həvalə edib.
