Sizin reklam burada
Sizin reklam burada
  • "Ailə dəyərlərinin qorunması ilə bağlı ayrıca qanunun hazırlanmasını təklif edirəm"- Ceyhun Məmmədov

    Xəbər verildiyi kimi, bu gün Milli Məclisin payız sessiyasında ilk iclası keçirilir. Gündəliyə daxil edilən məsələlərin müzakirəsi zamanı millət vəkili Ceyhun Məmmədovun daha həssas məsələlərlə bağlı ciddi təkliflərlə çıxışı diqqətimizdən yayınmadı. Çıxışı olduğu kimi paylaşırıq:


    Öncədən iş planının lehinə səs verəcəyimi bildirirəm. Eyni zamanda bir neçə təkliflə çıxış etmək istəyirəm. 


    1.    Bir neçə gün bundan əvvəl Prezident İlham Əliyev İnvestisiya Forumunda çıxışında ölkəmizdə kadr hazırlığı sahəsində görülən çox mühüm işlərdən danışdı. Peşəkar kadr hazırlığının xüsusi önəm daşıdığını vurğuladı. Bu gün dünyada baş verən proseslər təhsil sahəsində də islahatların sürətləndirilməsini və qanunvericilik bazasının təkmilləşdirilməsini və gücləndirilməsini zəruri edir. Bu baxımdan düşünürəm Təhsil haqqında qanuna yenidən baxılmasına, Ali Təhsil və distant təhsil haqqında Qanunun hazırlanmasına və qəbul edilməsinə xüsusi  ehtiyac var. Gələcəkdə isə Təhsil məcəlləsinin qəbul edilməsini təklif edirəm. 


    2.    Eyni zamanda Süni intellekt və sosial media haqqında ayrıca qanunun qəbulunu təklif edirəm. Bu bir reallıqdır ki, Süni intellekt sürətlə insanlarımızın həyatına daxil olmaqdadır. Müsbət tərəflərlə yanaşı bizi dövlətçilik baxımından narahat edən xeyli məsələ var. Burada süni intellektdən düzgün isitfadə, xüsusilə təhlükəsizliklə bağlı xeyli məsələlər var. Onların nəzərə alınmasına ehtiyac var. Bu proses indidən tənzimlənməsə gələcəkdə proseslərin qarşısını almaq çox çətin olacaq. 


    3.    Milli-mənəvi dəyərlərin qorunması ilə bağlı qanunun qəbul edilməsini təklif edirəm. Bu gün sürətli qloballaşma prosesi milli-mənəvi dəyərlərimiz üçün ciddi təhdidlər yaradır. Artıq dünyada dəyərlərin transformasiyası gedir. Bu dəyərlərin qorunması üçün hüquqi bazanın yaradılmasını təklif edirəm. 


    4.    Ailə dəyərlərinin qorunması ilə bağlı ayrıca qanunun hazırlanmasını təklif edirəm. Bu gün Azərbaycanda ailə dəyərləri tənəzzülə doğru gedir. Bu proseslərin qarşısının alınması əlavə qərar və qanunların qəbul edilməsinə ehtiyac var. Proseslər bu templə davam etsə gələcəkdə Azərbaycanda ailə institutu tamamilə sıradan çıxa bilər.


    "Atributinfo.az"


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ