30 sentyabr 2026-cı il tarixində YAP Qax Rayon təşkilatının sədri Natiq Allahverdiyev başda olmaqla, təşkilatın üzvləri ictimaiyyət nümayəndələri ilə birgə iştirakı ilə Şəhidlər Xiyabanında şəhid İsrafilov Abdullanın, Qax rayonunun Tasmalı kəndində isə şəhid Məmmədli Kənanın əziz xatirəsi ehtiramla yad olunub. Həmçinin Qax rayonunun Qorağan kəndində şəhidimiz Məhərrəmov Seydullahın anadan olmasının 27-ci ildönümündə əziz xatirəsi anılıb.
"Atributinfo.az" məlumat verir ki, İsrafilov Abdulla Yadigaroviç 27.01.1997-ci il Rusya federasiyasının Vladimir vilayətində anadan olmuşdur. Qax şəhər 3 saylı tam orta məktəbin 1-ci sinfinə getmişdir. 2014-cü ildə həqiqi hərbi xidmətə çağrılmış, Daşkəsən rayonunda N saylı hərbi hissəsində xidmət etmişdir. Xidmətini bitirdikdən bir müddət sonra hərbiçi olmaq qərarına gəlir və 2020-ci ilin may ayında kiçik çavuş rütbəsində kəşfiyyatçı-snayperçi kimi xidmətə başlayır. Vətən müharbəsində Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə qəhramancasına şəhid olmuşdur. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" orden ,"Cəsur döyüşçü", “Vətən uğrunda" və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunmşdur. 30.09.2020-ci ildə Qax Şəhər Şəhidlər xiyabanında dəfn olunmuşdur.
Məmmədli Kənan Vəfadar oğlu 30.05.2002-ci ildə Qax rayonunun Tasmalı kəndində anadan olmuşdur. Tasmalı kənd tam orta məktəbini bitirdikdən sonra 2017-ci ildə Qax Peşə Liseyinə daxil olmuşdur. 2020-ci ilin İyulunda həqiqi hərbi xidmətə cağırılmışdır. Vətən müharibəsində Suqovuşanın Çaylı kəndi istiqamətində gedən döyüşlərdə qəhramancasına şəhid olmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” , "Laçının azad olunmasına görə" və "Suqovşanın azad olunmasına görə "medalları ilə təltif olunmşdur. 30.09.2020-ci ildə Qax rayonunun Tasmalı kəndində dəfn olunmuşdur.
Məhərrəmov Seydullah Sadiq oğlu 30.09.1999-cu ildə Qax rayonu Qorağan kəndində anadan olumuşdur. 2005- ci ildə S.Rəhimov adına Qorağan kənd tam orta məktəbində 1-ci sinifə gedib. 2013-cü ildən Cəmşid Naxçıvanski adına hərbi liseydə təhsil almış. Hərbi liseyi bitirdikdən sonra 2016-cı ildən Heydər Əliyev adına Ali Hərbi məktəbdə davam etdirmişdir. 2020-ci ildə həmin məktəbi bitirərək leytenant hərbi rütbəsi ilə Azərbaycan Ordu sıralarında xidmətə başlamışdır. 2021-ci ildə Xüsusi Təyinatlı Qüvvələr kursunu keçmişdir. 2020-ci il Vətən müharibəsi və 2023-cü il Antiterror əməliyatında iştirak etmişdir. Xidməti dövründə “ Cəbrayılın azad olunmasına görə” ,”Füzulinin azad olunmasına görə”,”Şuşanın azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı”, “Şücaətə görə” və “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalları ilə təltif olunmuşdur. Məhərəmmov Seydullah Sadiq oğlu xidməti vəzifəsini yerinə yetirərkən 10.07.2024-cü ildə şəhidlik zirvəsinə ucalmışdır. Qorağan kənd qəbristanlığında dəfn olunmuşdur. Allah şəhidlərimizə rəhmət eləsin.
Bəradər Səməndərli
"Atributinfo.az"
