Sizin reklam burada
Sizin reklam burada
  • ABŞ İran və İraq arasında bəzi uçuşları sanksiyalardan azad edə bilər

    ABŞ administrasiyası İran və İraqın Nəcəf şəhəri arasında bəzi uçuşları sanksiyalardan azad etməyi nəzərdən keçirir.

    Bu barədə “Reuters” məlumat yayıb.

    Mənbəyə görə, məqsəd şiə müsəlman zəvvarların iki ölkə arasında hava səfərlərinə imkan yaratmaqdır. ABŞ Maliyyə Nazirliyi “Iraqi Airways” aviaşirkətinin Nəcəf-İran marşrutlarında uçuşlarına tətbiq olunan məhdudiyyətləri ilkin olaraq bir ay müddətinə aradan qaldıra bilər.

    Bundan əvvəl İraqın ABŞ ilə İran arasında hava əlaqələrinin qismən bərpası ilə bağlı danışıqlar apardığı bildirilmişdi.


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ