Sudanın şimal-şərqində qızıl mədəninin çökməsi nəticəsində azı 11 nəfər ölüb, 30 nəfər yaralanıb.
Hadisə ölkənin ucqar Oni bölgəsində baş verib. Dağıntılar altında qalan şəxslərin axtarışı davam etdirilir.
Qeyd edək ki, sentyabrın 13-də Sudanın qərbində bir neçə mədənin çökməsi nəticəsində azı 82 nəfər həlak olmuşdu.
