Sizin reklam burada
Sizin reklam burada
  • Donald Tramp: Süni İntellekt Qüvvələri yaradıram

    ABŞ Prezidenti Donald Tramp 2019-cu ildə yaratdığı Kosmik Qüvvələrə bənzər Süni İntellekt Qüvvələrinin yaradıldığını elan edib.

     Tramp bu barədə özünün "Truth Social" sosial şəbəkəsində yazıb.

    “Böyük uğurlar qazanan Kosmik Qüvvələrini yaratdığım kimi, indi də Süni İntellekt Qüvvələrini təşkil edirəm. Süni intellekt yeni sənaye inqilabıdır, lakin o, daha böyük və daha təsirli olacaq, bəlkə də ölkəmizin ÜDM-nin 25 faizini əhatə edəcək. Biz Çindən və dünyanın qalan hissəsindən irəlidəyik və mən bu üstünlüyü qorumaq niyyətindəyəm!”, - deyə dövlət başçısı qeyd edib.


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ