Sizin reklam burada
Sizin reklam burada
  • FED 2023-cü ildən bəri ilk dəfə uçot dərəcəsini artırıb

    ABŞ Federal Ehtiyat Sistemi (FED) yüksək inflyasiyanı cilovlamaq məqsədilə uçot dərəcəsini 0,25 faiz bəndi artıraraq 3,75–4 faiz diapazonuna çatdırıb.

    Bu, FED-in 2023-cü ildən bəri uçot dərəcəsini ilk dəfə artırmasıdır.

    “Bugünkü qərar inflyasiyanın 2 faizlik hədəfə daha tez qaytarılmasına kömək edəcək”, – deyə qurumun açıqlamasında bildirilib.

    FED-in açıqladığı proqnozlara əsasən, uçot dərəcəsi bu ilin sonunadək daha bir dəfə artırıla və təxminən 4,1 faizə çatdırıla bilər.


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ