Sizin reklam burada
Sizin reklam burada
  • Husilər Yəmənin əsas şəhəri olan Taiz şəhərinə doğru irəliləyirlər

    Husi qüvvələri Yəmən hökumətinin nəzarətində olan Taiz şəhərinə hücuma başlayıb.

    Bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

    Məlumata görə, İranın dəstəklədiyi “Ənsar Allah” hərəkatının döyüşçüləri şəhərin qərbindəki cəbhə xəttini yarmağa nail olublar.

    Hökumətin əlavə qüvvələr göndərməsinə və Səudiyyə Ərəbistanının hava zərbələrinə baxmayaraq, husilərin irəliləyişini dayandırmaq mümkün olmayıb.

    Qeyd edək ki, Yəməndə hökumət qüvvələri ilə husilər arasında münaqişə 2014-cü ildən davam edir.




    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ