Sizin reklam burada
Sizin reklam burada
  • Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

    Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə aşkarlanıb.

    Sərhəd dəstəsinin xidməti ərazisində saat 03:11-də İrandan Azərbaycana paraplan vasitəsilə atılan ümumi çəkisi 65 kiloqram 500 qram narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

    Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.




    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ