Sizin reklam burada
Sizin reklam burada
  • Vuçiç sentyabrın 27-də Serbiya Prezidenti vəzifəsindən istefa verəcək

    Serbiya Prezidenti Aleksandar Vuçiç sentyabrın 27-də vəzifəsindən istefa verəcəyini açıqlayıb.

      Vuçiç bu barədə “Pink” telekanalına müsahibəsində bildirib.

    Qeyd edək ki, sentyabrın 9-da Serbiya Prezidenti Milli Məclisin buraxılması və oktyabrın 25-də növbədənkənar parlament seçkilərinin keçirilməsi barədə qərarları təsdiqləyib.

    Vuçiç daha əvvəl seçkilərə adi vətəndaş kimi qatılacağını açıqlamışdı. Hakim Serbiya Proqressiv Partiyasının sədri Miloş Vuçeviç isə onun partiyanın seçki siyahısına rəhbərlik edəcəyini və baş nazirliyə namizəd olacağını bildirib.




    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ