Sizin reklam burada
Sizin reklam burada
  • Böyük Britaniya NATO-nun müdafiə bankına qoşulmağı nəzərdən keçirir


    Böyük Britaniya NATO ölkələrinin müdafiə layihələrini maliyyələşdirmək üçün yaradılan Müdafiə, Təhlükəsizlik və Dayanıqlılıq Bankına (DSRB) qoşulmaq imkanını fəal şəkildə araşdırır.

    Bu barədə “Financial Times” qəzeti Britaniya hökumətindəki mənbəyə istinadla məlumat yayıb.

    Hakim Leyboristlər Partiyasındakı mənbənin sözlərinə görə, DSRB-də iştirak Londonun müdafiə xərclərini ÜDM-in 3 faizinə çatdırmaq məqsədinə nail olmasına kömək edə bilər.

    Məlumata görə, bankın baş ofisinin Monrealda yerləşməsi və hərbi layihələrin maliyyələşdirilməsi üçün 134 milyard dollara qədər vəsait cəlb etməsi planlaşdırılır.

    Albaniya, Belçika, Yunanıstan, Kanada, Latviya, Lüksemburq, Rumıniya, Türkiyə və Ukrayna da təşəbbüsdə iştirak etmək niyyətlərini açıqlayıblar.


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ