Sizin reklam burada
Sizin reklam burada
  • Pentaqon əməkdaşlarına UNO məlumatlarını açıqlamağa icazə verib


    ABŞ Müdafiə Nazirliyi hazırkı və keçmiş əməkdaşlarına uçan naməlum obyektlərlə (UNO) və naməlum anomal hadisələrlə bağlı məlumatları açıqlamağa icazə verib.

    Bu barədə Pentaqonun saytında yayılan bəyanatda bildirilib.

    Sənədə əsasən, Prezident Donald Trampın göstərişi ilə məxfi məlumatların açıqlanmaması tələbinə istisna tətbiq edilib. Bu, əməkdaşlara UNO-larla bağlı məlumatları xüsusi nümayəndələrə təqdim etməyə imkan verir.

    Pentaqon bildirib ki, məlumatları açıqlayan hazırkı və keçmiş əməkdaşlar təqib olunmaqdan və məxfi məlumatlara çıxışlarını itirməkdən qorxmamalıdırlar.





    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ