Sizin reklam burada
Sizin reklam burada
  • Husilər Yəmənin şərqindəki döyüşlər zamanı 800 nəfəri əsir götürüblər

    Yəmənin cənub-şərqində hökumət qüvvələri ilə toqquşmalar zamanı husilər təxminən 800 nəfəri əsir götürüblər.

    Bu barədə Husilərin Hərbi Əsirlər Komitəsinin rəhbəri Əbdül Qadir Mortada bildirib.

    Onun sözlərinə görə, əsirlər Qırmızı dənizin qərb sahilində keçirilən hərbi əməliyyat zamanı götürülüb.

    Mortada, həmçinin bildirib ki, Husilərin Ali Siyasi Şurasının sədri Mehdi əl-Məşat silahlarını yerə qoyaraq evlərinə qayıdanlar üçün ümumi əfv elan edib.

    O, Yəməndə münaqişənin həlli və blokadanın aradan qaldırılması istiqamətində ərəb ölkələrinin təşəbbüslərini dəstəklədiklərini qeyd edib.




    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ