Sizin reklam burada
Sizin reklam burada
  • Saz və səs bir arada – “Mikayılla 5 gün”də musiqi dolu anlar

    Bu gün “Mikayıl ilə 5 gün" verilişinin növbəti buraxılışı maraqlı qonaqları və canlı musiqi ifaları ilə yadda qalıb.

    Aparıcı Mikayılın təqdimatında yayımlanan verilişə müğənnilər Günel  Nihat, Ali Pormehr və Aşıq Mübariz qonaq olublar.

    Proqram zamanı sənətçilər öz ifaları ilə tamaşaçılara musiqi dolu anlar yaşadıblar. Qonaqlar sevilən mahnılarını canlı şəkildə səsləndiriblər.

    Aşıq Mübariz isə sazı ilə çıxış edərək verilişə xüsusi ab-hava qatıb. Saz ifası və canlı oxuduğu havalar proqramın ən diqqətçəkən məqamlarından olub.

    Digər müğənnilərin canlı ifaları da maraqla qarşılanıb. Verilişdə musiqi ilə yanaşı, qonaqlarla səmimi söhbətlər də aparılıb.

    Beləliklə, “Mikayıl ilə 5 gün”ün bugünkü buraxılışı canlı ifalar, saz sədaları və maraqlı qonaqları ilə tamaşaçıların diqqətini çəkib.


    Aybəniz ABDULOVA,

    Azərbaycan Jurnalistlər Birliyinin üzvü, yazar və araşdırmaçı jurnalist





    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ