Sizin reklam burada
Sizin reklam burada
  • İsrailin Livanın cənubuna endirdiyi zərbələr nəticəsində 3 nəfər ölüb


    İsrail Hərbi Hava Qüvvələrinin Livanın cənubuna endirdiyi hava zərbələri nəticəsində üç mülki şəxs həlak olub, 23 nəfər yaralanıb.

    Bu barədə Livanın Səhiyyə Nazirliyi məlumat yayıb.

    Məlumata görə, Kfar Rummana şəhərinə endirilən zərbə nəticəsində iki nəfər ölüb. Daha bir nəfər isə Ramadiyada aldığı xəsarətlərdən dünyasını dəyişib.

    İsrail ordusu zərbələrin “Hizbullah”ın İsrail hərbçilərinə qarşı hücumuna cavab olaraq həyata keçirildiyini bildirib. Ordunun məlumatına görə, Nəbatiyyə yaxınlığında İsrail qoşunlarına partlayıcı maddələr daşıyan dron atılıb.


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ