Sizin reklam burada
Sizin reklam burada
  • Birləşmiş Ştatların gündəlik neft hasilatı artıb


    ABŞ-nin sutkalıq xam neft istehsalı artır.

    Ötən hesabat həftəsində Birləşmiş Ştatların neft hasilatı 19 min barel artaraq sutkada orta hesabla 13 milyon 862 min barel olub.

    Keçən həftə ABŞ-nin neft idxalı isə əvvəlki həftəyə görə 612 min barel artaraq sutkalıq 6 milyon 770 min barel, neft ixracı da əvvəlki həftə ilə müqayisədə 691 min barel artaraq gündəlik 4 milyon 483 min barel təşkil edib.

    EIA-nın proqnozuna görə, cari ildə Birləşmiş Ştatların neft hasilatı gündəlik orta hesabla 13 milyon 800 min barel olacaq.


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ