Polis əməkdaşları üçüncü həmkarları ilə patrul xidməti apararkən silahlı şəxsin hücumuna məruz qalıblar.
Polislərdən biri qolundan və boynundan, digəri isə dirsəyindən yaralanıb. Hər iki zərərçəkən Rangey xəstəxana kompleksinə çatdırılıb. Onların həyati təhlükəsinin olmadığı bildirilib.
Tuluz Prokurorluğu hadisə ilə bağlı hakimiyyət nümayəndələrinə qarşı qətlə cəhd maddəsi üzrə cinayət işi açıb. Araşdırma Mütəşəkkil və İxtisaslaşmış Cinayətkarlıqla Mübarizə Bölməsinə həvalə edilib.
İlkin məlumata görə, hücum edən şəxs hadisə zamanı terror xarakterli ifadələr işlədib. Bununla belə, hazırkı mərhələdə hadisəyə terror aktı kimi hüquqi qiymət verilməyib.
Tuluz prokuroru BFMTV-yə bildirib ki, səsləndirilən ifadələr təkbaşına hücumu terror aktı kimi təsnifləndirmək üçün kifayət etmir. Bununla yanaşı, hücumun motivlərini müəyyənləşdirmək üçün bu versiyanın da araşdırılmasının vacib olduğu vurğulanıb.
