Sizin reklam burada
Sizin reklam burada
  • Kubanda PUA hücumu nəticəsində həlak olanların sayı altıya çatıb

    Rusiyanın Krasnodar diyarının Gelencik şəhərindəki çimərliyə pilotsuz uçuş aparatının (PUA) hücumu nəticəsində həlak olanların sayı altıya çatıb. Ölənlər arasında üç uşaq da var.

    Bu barədə regionun hakimiyyət orqanları məlumat yayıb.

    Hadisə nəticəsində 47 nəfər xəsarət alıb. Onlardan ikisi uşaq olmaqla, 17 nəfəri xəstəxanaya yerləşdirilib. Yaralılar Gelencik, Tuapse bələdiyyə dairəsi və Qoryaçıy Klyuç şəhərlərindəki tibb müəssisələrinə çatdırılıblar.

    Rusiya Səhiyyə Nazirliyinin məlumatına əsasən, zərərçəkənlərdən dördünün vəziyyəti ağır qiymətləndirilir. Onlardan ikisi uşaqdır.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ