Bu barədə ölkənin Milli Assambleyasının sədri Xorxe Rodrigez məlumat yayıb.
Məlumata əsasən, təbii fəlakət nəticəsində 16 min 740 nəfər yaralanıb, 17 min 907 nəfər evsiz qalıb.
Bildirilib ki, 190 bina tamamilə dağılıb, 856 binaya ciddi ziyan dəyib. Axtarış-xilasetmə əməliyyatları zamanı 6462 nəfər xilas edilib, 29 min 966 nəfər xəstəxanalarda və digər tibb müəssisələrində müalicə alıb.
Məlumata görə, 86 min 794 ailəyə yardım göstərilib, zərərçəkənlərə 9766 ton ərzaq paylanıb.
Qeyd edək ki, iyunun 24-də axşam saatlarında Venesuelada güclü zəlzələ baş verib. Təxminən 40 saniyə fasilə ilə 7,2 və 7,5 bal gücündə iki yeraltı təkan qeydə alınıb.
