Sizin reklam burada
Sizin reklam burada
  • Mark Rutte: NATO Ukraynaya dəstəyini davam etdirəcək

    NATO Ukraynanı dəstəkləməyə davam edəcək və Rusiyanı uzunmüddətli təhlükə kimi görür.

    Bu barədə NATO-nun Baş katibi Mark Rutte Ankarada keçirilən Şimali Atlantika Alyansının 36-cı sammitində bildirib.

    Alyansın rəhbəri hərbi-siyasi blokun daxilində birliyə çağırıb. “Güclü NATO güclü birlik deməkdir”, -deyə Rutte vurğulayıb.

    O, Haaqada keçirilən sammitdə qəbul edilən öhdəlikləri xatırladıb. “Ölkələrimiz 2035-ci ilə qədər müdafiə xərclərini ÜDM-in 5 faizinə çatdırmaq qərarına gəlib. Bu il biz orta hesabla 4 faizlik hədəfə çatacağıq. NATO artıq daha güclü ittifaqdır”, - deyə Baş katib qeyd edib.

    O, müttəfiq ölkələrin hərbi-sənaye komplekslərinin inkişafında irəliləyişləri qeyd edib. Rutte əlavə edib: “Biz 5 faizlik hədəfə çatmalıyıq”.

    Baş katib, həmçinin ABŞ-nin NATO-da öhdəliyinə əmin olduğunu bildirib. “NATO öz ərazisinin hər qarışını müdafiə edəcək. Heç kim bizdən güzəşt gözləməməlidir. Biz öz dəyərlərini, demokratiyasını və ərazilərini qoruyan müdafiə təşkilatıyıq”, - deyə o əmin edib.

    İrana gəldikdə, Baş katib qeyd edib ki, NATO Tehranın nüvə silahına sahib olmasına qarşıdır. “Hörmüz boğazı gəmiçilik üçün tamamilə açıq olmalıdır. Bu, bizim yanaşmamızı əks etdirən məcburi şərtdir”, - deyə o bildirib.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ