Sizin reklam burada
Sizin reklam burada
  • Qazaxıstanda 120-dən çox desantçı paraşütlə tullanış həyata keçirib

    Qazaxıstan ordusunun Konayev qarnizonunun desant-hücum briqadasının hərbi qulluqçuları “Novoiliskoye-Cənub” meydanında paraşütlə tədris-təlim tullanışları yerinə yetiriblər.

    Desant tullanışı təlimində ümumilikdə 120-dən çox hərbi qulluqçu iştirak edib.

    Diqqətçəkən məqam ondan ibarətdir ki, onların təxminən 100 nəfəri həqiqi xidmət keçən hərbi qulluqçudur. Desant tullanışı təlimi Mi-17 vertolyotundan 800 metr hündürlükdən həyata keçirilib. Enişdən dərhal sonra şəxsi heyət taktiki normaların yerinə yetirilməsinə başlayıb.

    Döyüşçülər uçuşlardan əvvəl ixtisaslaşdırılmış tədris kompleksində hava-desant hazırlığının tam kursunu keçiblər. Müdafiə Nazirliyindən bildirilib ki, hava-desant hazırlığı Desant Qoşunlarının döyüş hazırlığının əsas elementlərindən biridir, həmçinin hərbi qulluqçuların psixoloji dayanıqlığını və istənilən çətin şəraitdə tapşırıqları yerinə yetirməyə hazırlığını formalaşdırır.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ