Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin məlumatına əsasən, binadan 17 nəfər xilas edilib, itkin düşən şəxslərlə bağlı məlumatlar var və onların axtarışı davam etdirilir.
Ümumilikdə, Kiyevdə 20-dən çox yaşayış binası hava zərbələri nəticəsində zərər görüb. Xilasedicilər 15 müxtəlif ünvanda əməliyyatları davam etdirirlər.
Məlumata görə, artıq 11 nəfərin öldüyü, 50-dən çox insanın isə yaralandığı təsdiqlənib. Qeyd olunub ki, itkilərin sayının artacağı istisna edilmir.
