Sizin reklam burada
Sizin reklam burada
  • Konqoda “Ebola” virusundan ölənlərin sayı 304 nəfərə çatıb

    Konqo Demokratik Respublikasında (KDR) “Ebola” virusundan ölənlərin sayı son 24 saat ərzində 13 nəfər artaraq 304-ə çatıb.

    Bu barədə Konqo Rabitə və Media Nazirliyi gündəlik bülletenində məlumat yayıb.

    Virusa yoluxanların sayı əvvəlki günlə müqayisədə 37 nəfər artaraq 1155-ə yüksəlib. Ölüm göstəricisi 26,3 faiz təşkil edir.

    Hazırda xəstəxanalarda və izolyasiya palatalarında 326 xəstə müalicə olunur. Eyni zamanda 138 nəfər tam sağalaraq tibb müəssisələrindən evə buraxılıb.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ