Bu barədə ölkənin səhiyyə naziri Karlos Alvarado dövlət televiziya kanalına açıqlamasında bildirib.
Nazirin sözlərinə görə, 4300-dən çox yaralıya tibbi yardım göstərilir. Yaralılar arasında yüngül xəsarət alanlarla yanaşı, vəziyyəti orta ağır və ağır olanlar da var. Bir çoxunun cərrahi müdaxiləyə ehtiyacı olduğu, ən ağır vəziyyətin isə La Quayra ştatında müşahidə edildiyi bildirilib.
