Sizin reklam burada
Sizin reklam burada
  • Filippində zəlzələ nəticəsində ölənlərin sayı 78-ə çatıb

    Filippinin cənubundakı Sarangani əyalətində baş verən 7,8 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 78-ə çatıb, 30 nəfər isə itkin düşmüş hesab edilir.

    Bu barədə ölkənin Milli Fəlakət Risklərinin Azaldılması və İdarə Edilməsi Şurası məlumat yayıb. Qurumun son hesabatına əsasən, təbii fəlakət 357 mindən çox ailəyə təsir göstərib. Hazırda 22 min nəfər 47 təxliyə mərkəzində məskunlaşıb.

    Məlumata görə, 74,7 minə yaxın evə ziyan dəyib, onlardan 13,7 mini tamamilə dağılıb. Həmçinin 774 infrastruktur obyekti zərər görüb. İnfrastruktur sahəsində ümumi zərərin 1,29 milyard peso (təxminən 21,3 milyon dollar) təşkil etdiyi bildirilir. Kənd təsərrüfatına dəyən zərər isə 29,8 milyon peso həcmində qiymətləndirilir.

    Xatırladaq ki, Filippin Vulkanologiya və Seysmologiya İnstitutunun məlumatına görə, tektonik mənşəli zəlzələ iyunun 8-də yerli vaxtla saat 07:37-də 33 kilometr dərinlikdə qeydə alınıb. Yeraltı təkanların episentri Mindanao adasındakı Sarangani əyalətinin Maasim şəhərindən təxminən 32 kilometr cənub-qərbdə yerləşib. Filippin Sakit okeanın seysmik cəhətdən fəal “Atəş həlqəsi” zonasında yerləşdiyindən ölkədə zəlzələlər və vulkan püskürmələri tez-tez müşahidə olunur.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ