Bu barədə yerli polis idarəsi açıqlama yayıb.
Hüquq-mühafizə orqanlarının ilkin araşdırmasına əsasən, hadisənin ailədaxili münaqişə zəminində baş verdiyi ehtimal olunur. Bildirilir ki, həlak olanların hamısının şübhəli şəxsin qohumları olduğu güman edilir.
Məlumata görə, atışma ilə bağlı polisə yerli vaxtla saat 12:12 radələrində məlumat daxil olub. Hadisə yerinə gələn əməkdaşlar əvvəlcə dörd nəfərin cəsədini aşkar ediblər. Sonrakı axtarışlar zamanı daha iki nəfərin meyiti tapılıb.
Cinayəti törətməkdə şübhəli bilinən 52 yaşlı Rayan Makfarland hadisə yerindən uzaqlaşsa da, daha sonra güllə yarası ilə aşkarlanıb. İstintaq onun intihar etmiş ola biləcəyini ehtimal edir.
Hazırda hadisənin bütün təfərrüatlarının müəyyənləşdirilməsi istiqamətində araşdırmalar davam etdirilir.
