Sizin reklam burada
Sizin reklam burada
  • Gürcüstanda Müstəqillik Günü qeyd edilir

    Gürcüstanda 26 May-Müstəqillik Günü qeyd olunur.

    Bayram münasibətilə paytaxt Tbilisidə və ölkənin digər şəhərlərində Müstəqillik Günü və xristianlığın dövlət dini elan edilməsinin 1700-cü ildönümü ilə əlaqədar bayram tədbirləri təşkil olunub, hərbi xidmətə yeni çağırılmış əsgərlərin andiçmə mərasimi keçirilib.

    Tbilisinin Azadlıq meydanında əsgərlər hərbi andı qəbul etdikdən sonra Prezident Mixeil Kavelaşvili, Patriarx III Şio, Baş nazir İrakli Kobaxidze, müdafiə naziri İrakli Çikovani və digər rəsmi şəxslər xalqı təbrik ediblər.

    Gənc əsgərlər həm Tbilisidə, həm də ölkənin 12 bölgəsində and içiblər.

    Andiçmə mərasimindən sonra toplardan yaylım atəşləri açılb.

    Gürcüstan hərbi hava qüvvələrinə məxsus təyyarələr səmada nümunəvi uçuşlar həyata keçirib.

    Paytaxtda mədəni, idman və əyləncə tədbirlər də təşkil olunub,

    Bayram tədbirlərində Tbilisidə və bölgələrdə yaşayan Gürcüstan azərbaycanlıları da fəal iştirak edirlər.



    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ