Sizin reklam burada
Sizin reklam burada
  • Tramp və Cinpin arasında görüş keçirilir

    Çində ABŞ Prezidenti Donald Tramp və Çin lideri Si Cinpin arasında yüksək səviyyəli görüş başlayıb.

    Rəsmi qarşılama mərasimində əvvəlcə ev sahibi Pekinin mərkəzindəki Böyük Xalq Zalının qarşısında Prezident Trampı salamlayıb. Daha sonra iki lider dövlət himnlərinin müşayiəti altında fəxri qarovul dəstəsinin yanından keçib. Tramp dövlət rəsmiləri və ABŞ şirkətlərinin vəzifəli şəxslərindən ibarət nümayəndə heyətini Cinpinə təqdim edib.

    Daha sonra tərəflər görüş üçün Böyük Xalq Zalına yollanıblar.

    Görüşdə müzakirələrin əsasən ticarət və investisiya istiqamətində olacağı, eyni zamanda, Yaxın Şərqdəki vəziyyətin də müzakirə ediləcəyi gözlənilir.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ