Hadisə nəticəsində ən azı bir nəfər itkin düşüb, 51 nəfər xəsarət alıb. Yaralılardan 5-nin vəziyyəti ağırdır. Hadisə yerində axtarış-xilasetmə işləri böyük ölçüdə tamamlanıb.
Qeyd edək ki, mayın 4-də yerli vaxtla saat 16:43-də Çanşa şəhərinin tabeliyindəki Liuyan prefekturasında fişəng fabrikində güclü partlayış baş verib. Hadisənin baş verdiyi yerin 2 barıt anbarının yaxınlığında yerləşməsinin yeni partlayışlara səbəb ola biləcəyi ehtimalı ilə ərazidəki sakinlər təxliyə edilib. Polis hadisə ilə əlaqədar 8 nəfəri saxlayıb.
