Sizin reklam burada
Sizin reklam burada
  • Trampın 1 milyon dollarlıq “Qızıl kartı” indiyədək yalnız bir əcnəbiyə verilib

    ABŞ Prezidenti Donald Trampın 1 milyon dollarlıq investisiya müqabilində daimi yaşayış imkanı qazandıran “Qızıl kart” viza proqramı çərçivəsində yalnız bir əcnəbinin ərizəsi təsdiqlənib.

    Bu faktı Birləşmiş Ştatların ticarət naziri Hovard Latnik Konqresdəki dinləmə zamanı açıqlayıb. Onun sözlərinə görə, “yüzlərlə” əcnəbinin müraciətləri nəzərdən keçirilir. Daxili Təhlükəsizlik Nazirliyi namizədləri son dərəcə dəqiqliklə yoxlayır və onlar sənədlərin emalı üçün 15 min dollar ödəyir.

    Ərizələrin qəbuluna 2025-ci ilin dekabrında başlanılıb. Lakin bundan əvvəl bildirilmişdi ki, proqram qeyri-adi qabiliyyətə malik və ya ABŞ-nin maraqları baxımından dəyərli saylan şəxslər üçün nəzərdə tutulan EB-1 və EB-2 viza kateqoriyalarını əvəz etməlidir.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ