Bu barədə “The Associated Press” agentliyi ölkənin Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması üzrə Milli İdarəsinə istinadən məlumat yayıb. Daşqın və torpaq sürüşmələri nəticəsində azı 17 nəfər ölüb, 26 nəfər yaralanıb. Axtarış-xilasetmə əməliyyatları davam edir və ölənlərin sayının arta biləcəyi istisna olunmur.
Bildirilib ki, təbii fəlakət ölkənin 34 əyalətindən 13-nə təsir göstərib.
