Sizin reklam burada
Sizin reklam burada
  • İndoneziyada təbii fəlakət nəticəsində ölənlərin sayı 631-ə çatıb

    İndoneziyanın 3 əyalətini əhatə edən Sumatra adasında musson yağışlarının səbəb olduğu daşqın, torpaq sürüşməsi və palçıq axını nəticəsində ölənlərin sayı 631-ə çatıb.

    Bu barədə ölkənin təbii fəlakətlərlə mübarizə qurumu məlumat yayıb. Təbii fəlakət nəticəsində 500-ə yaxın adam itkin düşüb, təxminən 1 milyon sakin təxliyə olunub. Hər 3 əyalətdə tikililərə, fərdi evlərə, yollara, infrastruktura, kommunikasiya xətlərinə böyük ziyan dəyib. Bəzi yaşayış məntəqələrinə gedən yollar keçilməz hala düşdüyü üçün hava nəqliyyatı ilə yardımlar göndərilir.

    Hazırda təbii fəlakət bölgəsində axtarış-xilasetmə işləri aparılır. İndoneziya Prezidenti Prabovo Subianto bütün qüvvələrin, habelə polis və ordunun axtarış-xilasetmə və yardım işlərinə cəlb olunduğunu deyib.

    Qeyd edək ki, noyabrın 25-dən bəri musson yağışları Cənubi və Cənub-Şərqi Asiyada böyük fəsadlara səbəb olub. Tailandda 176, Şri-Lankada 366 nəfər ölüb, itkin düşənlər var. Təbii fəlakətlər Cənub-Şərqi Asiyada ümumilikdə 4 milyon insanın həyatına təsir edib.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ