Sizin reklam burada
Sizin reklam burada
  • Çində sınaq qatarı 11 fəhlənin ölümünə səbəb olub

    Çinin cənub-qərbindəki Yunnan əyalətində seysmoloji avadanlığın sınağını keçirən qatar hərəkətdə olarkən dəmir yolunda inşaat işləri aparan fəhlələri vurub.

    Çin mediasına istinadla xəbər verilir ki, səhər saatlarında əyalətin paytaxtı Kunmin şəhərinin Luoyancen stansiyasında baş verən hadisə nəticəsində 11 fəhlə ölüb, 2 nəfər xəsarət alıb.

    Bir neçə saat sonra stansiya fəaliyyətini bərpa edib. Hadisənin səbəbləri araşdırılır.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ