ABŞ lideri bunu Floridaya gedərkən təyyarədə jurnalistlərlə söhbətində bildirib.
Trampın sözlərinə görə, Kuşner Ukraynada sülh prosesində iştirak edir və Uitkoffla birlikdə danışıqlar üçün Rusiyaya “yüksək ehtimalla” səfər edəcək. “Məncə, onlar gələn həftə Moskvada Prezident Putinlə görüşəcəklər”, – deyə ABŞ Prezidenti qeyd edib.
