Bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirib.
Uşakov rəsmi Moskvanın sənədin variantlarından biri ilə tanış olduğunu qeyd edib: “Biz Alyaskada əldə edilən anlaşmalarla uyğun variantla tanış edildik. Buna görə də, planın bütün müddəaları deyil, bir çoxu bizə tamamilə məqbul görünür”.
Eyni zamanda, Y.Uşakov ayrı-ayrı bəndlərin əlavə müzakirəsinin zəruriliyini vurğulayıb: “Digər müddəalara gəldikdə isə - çox sayda, 28 bənd var - onlar tərəflər arasında ən ətraflı müzakirə və nəzərdən keçirilməni tələb edir. Lakin, bu məsələ hələ bizimlə müzakirə edilməyib”.
