Bu barədə “Rzecz Pospolita” qəzeti məlumat yayıb.
“Düşmən müharibəyə hazırlaşmağa başlayıb. Burada müəyyən mühit yaradılır ki, bu da Polşa ərazisində potensial təcavüz üçün əlverişli şərait yaradılmasına gətirib çıxarmalıdır”, - deyə Kukula bildirib.
“Politico” nəşrinin hələ mart ayında yaydığı məlumata görə, Polşa Müdafiə Nazirliyi müharibə vəziyyətində ölkəni müdafiəyə hazırlamağa başlayıb. “Proqramın birinci məqsədi ehtiyat qüvvələrin sayını və keyfiyyətini artırmaqdır. İkinci məqsəd daha vacibdir: hər kəs hərbi təlim keçməsə də, biz cəmiyyəti böhranın nəticələrinə hazırlamalıyıq”, - deyə Veslav Kukula müsahibəsində vurğulayıb.
