Mübahisəli nəşrə cavab olaraq, Ankara Afinaya etiraz notası göndərib və həmin foto dərhal silinib. Onun yerinə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahına ünvanlanan başsağlığı mesajı yerləşdirilib.
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömer Çelik Yunanıstan hakimiyyətini sərt tənqid edib.
Siyasətçi vurğulayıb ki, həlak olan əsgərlərin xatirəsinə hörmətsizlik humanizm prinsiplərinə və hərbi məsələlərə yanaşmalara etinasızlığın göstəricisidir.
Lakin Ömər Çelik Yunanıstan tərəfinin mübahisəli nəşri tez bir zamanda silməsini “düzgün yanaşma” adlandırıb.
“Zəlzələlər və təbii fəlakətlər zamanı ölkələrimiz bir-birinə kömək əli uzadır. Bu, düzgün yanaşmadır”, - deyən hakim partiyanın nümayəndəsi qalmaqalda iştirak edən bütün şəxslərin müəyyən ediləcəyinə və cəzalandırılacağına ümid etdiyini bildirib.
