Sizin reklam burada
Sizin reklam burada
  • Litva Belarusla sərhədini bağlayıb

    Litvanın hakimiyyət orqanları Belarusla sərhəddə yerləşən sərhəd-keçid məntəqələrinin fəaliyyətini dayandırıb.

    “Reuters” agentliyi bu barədə Litvanın Milli Böhranların İdarəolunması Mərkəzinə istinadla məlumat yayıb. Məlumata əsasən, qərar Litvanın hava məkanında qaçaqmalçılar tərəfindən istifadə olunan meteozondların qeydə alınmasından sonra verilib. Sərhəd məntəqələrinin fəaliyyətinin bərpası yalnız Vilnüs Beynəlxalq Hava Limanının yenidən açılmasından sonra nəzərdən keçiriləcək.

    Qeyd edək ki, oktyabrın 22-nə keçən gecə Litvanın hava məkanında müşahidə olunan meteozondlar səbəbindən hava limanının fəaliyyəti müvəqqəti dayandırılıb. Hadisə nəticəsində altı reysin hərəkət qrafiki pozulub.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ