Onun vəkili Yerem Sarqsyan məhkəmənin istintaq orqanının vəsatətini təmin etdiyini və yepiskop barəsində iki ay müddətinə həbs qərarı çıxardığını təsdiqləyib.
Yepiskop Mkrtiç Proşyan kütləvi toplantılarda və mitinqlərdə iştiraka məcbur etmə ittihamı ilə məsuliyyətə cəlb olunub.
Xatırladaq ki, Ermənistan Milli Təhlükəsizlik Xidməti tərəfindən çərşənbə günü keçirilən əməliyyat nəticəsində aralarında Araqatson yeparxiyasının dini xadimləri və bir neçə mülki əməkdaşı da olmaqla 13 nəfər saxlanılıb.
Ermənistanın Apostol Kilsəsi ilə respublika hökuməti arasında münasibətlər Nikol Paşinyanın hakimiyyətə gəlişindən və Qarabağın Azərbaycana məxsus olduğunu bəyan etməsindən sonra gərginləşib.
