“The Times of Israel” qəzeti bu barədə mənbələrinə istinadla məlumat yayıb. Bununla da, HƏMAS-ın İsrailə qaytaracağı cəsədlərin sayı 12-yə çatacaq. Daha 16 cəsədin isə hələ də Qəzza sektorunda qaldığı bildirilir.
Hərəkat bəyan edib ki, bütün cəsədləri qaytarmaq üçün xeyli zaman tələb olunur. Belə ki, bəzi cəsədlər İsrail ordusunun bombaladığı binaların və tunellərin dağıntıları altındadır. Həmçinin cəsədlərin bir hissəsi hazırda SAXAL-ın nəzarətində olan ərazilərdə yerləşir.
Qeyd edək ki, Qəzza sektorunda atəşkəs barədə razılaşma çərçivəsində indiyədək 20 əsir sağ olaraq və 8 əsirin cəsədi İsrailə təhvil verib. İsrail hakimiyyəti isə öz növbəsində təxminən 2 min fələstinli girovu azad edib.
