Sizin reklam burada
Sizin reklam burada
  • Putinin seçkidəki rəqibləri məlum olub - SİYAHI

    Rusiyada 15-17 mart 2024-cü ilə təyin edilən prezident seçkilərində hazırkı Prezident Vladimir Putinin rəqibləri diqqət mərkəzindədir.
    Bu barədə rus KİV-lərinə istinadən xəbər verilir.
    Rusiyada prezidentliyə namizədini irəli sürən və ya namizəd olacağı gözlənilən şəxsləri təqdim edirik:
    1. Rusiya Liberal Demokrat Partiyasının (LDPR) sədri Leonid Slutski;
    2. Yeni İnsanlar Partiyası: hazırda üç namizədə baxılır - Aleksey Neçayev, Vladislav Davankov və Sardana Avksentiyeva;
    3. Vətəndaş Təşəbbüsü Partiyası: bu dəfə Kseniya Sobçakın əvəzinə Boris Nadejdin namizədliyini irəli sürəcək;
    4. Rusiya Ümumxalq Birliyi Partiyası Sergey Baburinin tövsiyəsi ilə müfti Anar Ramazanovun namizədliyini irəli sürməyi planlaşdırır;
    5. Yabloko Partiyasından Qriqori Yavlinski seçkilərdə iştirak etmək niyyətindədir, lakin onun perspektivləri hələ də qeyri-müəyyəndir;
    6. Rusiya Kommunist Partiyası Nikolay Xaritonovun namizədliyini irəli sürəcək;
    7. İş adamı Oleq Deripaskanın də seçkidə iştirakı gözlənilir;
    8. Rjevdən öz namizədliyini Yekaterina Duntsova irəli sürüb. Onun Mixail Xodorkovskinin strukturları ilə əlaqəli olduğu və ya onlar tərəfindən maliyyələşdirildiyi deyilir.
    9. Vladimir Putin isə artıq sənədlərini MSK-ya şəxsən təqdim edib.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ