Sizin reklam burada
Sizin reklam burada
  • "HƏMAS" ilə İsrail arasında əsirlərlə bağlı yeni danışıqlar gələn həftə başlaya bilər

    Fələstinin "HƏMAS" hərəkatı ilə İsrail hakimiyyəti arasında əsir mübadiləsi ilə bağlı yeni saziş üzrə danışıqlar gələn həftə başlaya bilər.
    Bu barədə "Al Arabiya" televiziya kanalı mənbəyə istinadən bildirib.
    Məlumata əsasən, "HƏMAS" tam atəşkəsin elan olunmasını tələb edib və yeni şərtlərlə humanitar atəşkəsə qapını bağlamayıb.
    Bildirilib ki, Qəzza zolağında yeni atəşkəs razılaşmasının yaxınlaşması hiss olunmağa başlayıb, lakin danışıqların özü hələ başlamayıb.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ