Sizin reklam burada
Sizin reklam burada
  • Çavuşoğlu İrana səfər edəcək

    Ankarada iranlı həmkarı Hüseyn Əmirabdullahianla keçirdiyi mətbuat konfransında bunu Mövlud Çavuşoğlu deyib.
    "Atributinfo.az" xəbər verir ki, Türkiyə rəsmisinin sözlərinə görə, bugünkü görüşdə ikitərəfli əlaqələr müzakirə olunub: “Enerji və iqtisadiyyat sahəsində əməkdaşlıq, həmçinin terrorla mübarizədə birgə fəaliyyət barədə də fikir mübadiləsi apardıq".
    Çavuşoğlu bildirib ki, iranlı həmkarı ilə Ukraynadakı vəziyyəti də müzakirə edib: "Həmkarıma "Taxıl sazişi"ndəki son durum barədə məlumat verdim. Müharibənin başa çatması üçün hansı səyləri ortaya qoya biləcəyimizi müzakirə etdik".

    Qeyd edək ki, İran XİN başçısı Türkiyədə səfərdədir.

    Zahir
    "Atributinfo.az"

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ