Sizin reklam burada
Sizin reklam burada

Qazaxıstanın bütün regionlarında "Delta" ştammı aşkarlanıb - Səhiyyə Nazirliyi

Qazaxıstanın bütün regionlarında "Delta" ştammı aşkarlanıb - Səhiyyə Nazirliyi Qazaxıstanın bütün regionlarında koronavirusun "Delta" ştammına yoluxma halları qeydə alınıb.
"Kazinform"un verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, Qazaxıstna "Delta" ştammının təyin edilməsi məqsədilə iyulun 1-i 414 nümunənin PZR skrininqi həyata keçirilib.
Bildirilir ki, nümunələrdən 43,3 faizində (ölkənin bütün vilayətləri və Nur-Sultan, Almatı, Çimkənd şəhərlərində) "Delta" ştammına rast gəlinib.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı 96 ölkədə koronavirusun "Delta" ştammının aşkarlandığını təsdiq edib.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ