Sizin reklam burada
Sizin reklam burada

ABŞ əhalisinin sayı son 10 ildə 22,7 milyon artıb

ABŞ əhalisinin sayı son 10 ildə 22,7 milyon artıb ABŞ əhaləsinin sayı son 10 il ərzində 22,7 milyon nəfər artıb, bu isə bütün tarix ərzində ən aşağı göstərici sayılır.
"TASS"ın verdiyi məlumata görə, bu barədə ABŞ-ın əhalinin siyahıyaalınması üzrə Bürosundan bildiriblər.
Məlumata əsasən, 2020-ci il aprelin 1-i üçün ABŞ əhalərinin sayı 331 449 281 nəfər təşkil edib: "Əhalinin sayı 2010-cu il ilə müqayisədə 22 703 743 nəfər və ya 7,4 faiz artıb".
Bildirilir ki, ABŞ-ın ən çox sakini olan ştatı Kaliforniya (39 538 223 nəfər), ən az sakini olan ştatı isə Vayominqdir (576 851 nəfər).

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ