Sizin reklam burada
Sizin reklam burada
  • BMT-dən xəbərdarlıq: Qorxunc nəticələr ola bilər...

    BMT-dən xəbərdarlıq: Qorxunc nəticələr ola bilər... Qəzzanın uzun müddətdir mühasirədə olması, əhali sıxlığı və məhdud səhiyyə imkanları səbəbindən koronavirusla bağlı qorxunc nəticələr ortaya çıxa bilər.
    Bu sözləri BMT-nin Humanitar Məsələlər Komitəsinin Fələstin üzrə koordinatoru Cemi Makqoldric deyib.
    O bildirib ki, regionda səhiyyə sisteminin gücləndirilməsi üçün Fələstin hakimiyyəti və Ümumdünya Səhiyyət Təşkilatı (ÜST) ilə danışıqlar aparılır:
    "Tibbi heyət və yardım vasitələrinin təmin edilməsi üçün mənbə axtarışındayıq. 6 gün ərzində bu mənbə təmin edilməlidir. Əgər virusa yoluxma halları artarsa, vəziyyət dəyişə bilər”
    Qeyd edək ki, Qəzzada 2 nəfərdə KOVİD-19-a yoluxma halı qeydə alınıb.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ