Sizin reklam burada
Sizin reklam burada
  • Rusiya ordusu daha bir analoqu olmayan silahını işə saldı - ABŞ-ın sistemlərini geridə qoyur

    Rusiya ordusu daha bir analoqu olmayan silahını işə saldı - ABŞ-ın sistemlərini geridə qoyur "S-350 Vityaz” hava hücumundan müdafiə sistemlərinin batareyaları Rusiya Hərbi Aviasiya Qüvvələrinin arsenalına daxil edilib.
    Bu barədəRusiya Müdafiə Nazirliyi məlumat yayıb.
    Bildirilib ki, batareyalar Sankt-Peterburqun Qatçina bölgəsindəki hava hücumundan müdafiə alaylarının təlim mərkəzinə göndərilib. Burada batareyalar ilə düşməni təsbit və məhv etmək əmrləri yerinə yetirilib.
    Qeyd edək ki, "S-350 Vityaz” batareyaları hücum raketlərinin dəf edilməsində Rusiya Hərbi Aviasiya Qüvvələrinin faydalılığını 2-2,5 qat artıracaq.
    "S-350 Vityaz” qurudakı mülki hədəfləri, sənaye müəssisələri və strateji hərbi nöqtələri hücumlara qarşı əhəmiyyətli dərəcədə qorumaq potensialına malikdir.
    "Almaz-Antey” şirkəti tərəfindən istehsal edilən şaquli raket borusu və son dərəcə güclü funksiyalara sahib çoxistiqamətli radiolakasiya sistemi ilə təchiz edilmiş "S-350” ABŞ-ın "Patriot” raketlərinin də daxil olduğu bir çox hava hücumundan sistemlərdən fərqlənir./publika.az

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ