1 . Təkəbbür və lovğalıqdan uzaq olun. Tənqidi fikirləri dinləyin.
2. Hərdən içinizdən çıxıb kənardan özünüzə baxın, səmimi söhbət edin.
3. Özünüz-özünüzü tənqid etməyi bacarın. Bu sizi inkişaf etdirəcək.
4. Həyatın çox çətin olduğunu unutmayın. Çalışın müvazinəti itirməyin heç zaman.
5. Sizi anlamayanlara çox da fikir verməyin. Ömrünüzü onların sizi anlamasına sərf etməyin.
6. Cahil, yarımçıq və natamam insanlardan uzaq olun. Onlara nəyisə başa salmağa vaxt itirməyin.
7. Dünya 5 günlükdür. Ye, iç, kef elə deyənləri ciddiyə almayın. Ömür qısadır, çalışın onu faydalı işlərə sərf edin.
8. Heç zaman laqeyd və biganə olmayın. Bu tip insanlardan da uzaq olun.
9. Çalışın daha çox yaxşı işlər görün. Ətrafınızdakı insanlara dəstək olun, yardım edin.
10. Paxıllıq, kin, küdurət və qısqanclıqdan uzaq olun.
Təqdim etdi:
"Atributinfo.az"
