Sizin reklam burada
Sizin reklam burada
  • DOST GƏLİŞİ BAYRAMDIR!

    Özbəkistanın tanınmış alim və ədibləri-Özbəkistan Respublikası Elmlər Akademiyasının Ədəbiyyat Nəzəriyyəsi şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Bakijon Tuxliyev , Özbəkistan Yazıçılar Birliyinin üzvü, tərcümə bölməsinin rəhbəri, yazıçı və tərcüməçi Zixroddin İsomiddinov, Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin professoru, Füzuli Elmi-Tədqiqat Mərkəzinin rəhbəri Gülbahar Aşurova və Əlişir Nəvai adına Beynəlxalq Fondun sədr müavini.Komil Turayev Gənə şəhərinə səfərləri çərçivəsində AMEA-nın Gəncə Bölməsini, Nizami və Nəvai Mərkəzlərini, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin məqbərəsini, Nizami Gəncəvi Muzeyini və Gəncənin tarixi məkanlarını ziyarət etmişlər.
    Səfər çərçivəsində qarşılıql elmi əməkdaşlıq, gələcək elmi fəaliyyətlər müzakirə edilmiş, fikir mübadiləsi aparılmışdır.
    Türk dünyasının dahi mütəfəkkirləri Nizami Gəncəvinin, Əlişir Nəvainin ruhları şad, mənsub olduqları Azərbaycan və Özbək xalqları başda olmaqla bəşəriyyətə təqdim etdikləri sülh, sevgi, humanizm, birgəyaşayış,toerantlıq ideyaları, yolu əbədi olsun!
    Əziz dostlar! Sizləri dahi Azərbaycan şairi Nizami Gəncəvinin yurdunda görməkdən,qarşılamaqdan məmnunluğumuzu bildirir, yenidən görüşmək ümidi ilə Sizlərlə sağollaşırıq!

    Əlimuxtar Muxtarov
    AMEA Gəncə bölməsi, Nizami Gəncəvi Mərkəzinin direktoru, filologiya üzrə fəlsəfə doktoru








    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ