AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi Şurasının qərarı ilə işıq üzü görən kitab Türk dünyasının böyük oğlu Oljas Süleymenovun 90 illik yubileyinə həsr olunub.
Monoqrafiyanın elmi redaktoru və “Ön söz”ün müəllifi Beynəlxalq Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərovdur. Kitabda çağdaş dünya poeziyasının görkəmli nümayəndəsi, qazax şairi Oljas Süleymenovun bədii-poetik, nəzəri-fəlsəfi, folklor-etnoqrafik, tarixi-epik əsərlərinin məzmunu, mahiyyəti, türk xalqları tarixinin öyrənilməsində yeri və rolu, eyni zamanda onların qeyri-adi süjet xətti, obrazlar dünyası və s. təhlil mərkəzinə çəkilir.
Monoqrafiya filoloqlar, ədəbiyyatşünaslar, türkoloqlar, linqvistika, dilçilik və epik əsərlərin nəzəri problemləri ilə məşğul olan mütəxəssislər üçün nəzərdə tutulub.
